Qaxda yol qəzası baş verib, xəsarət alan var


21:43     29 Yanvar 2019 qeza.jpg

Qax rayonunda yol qəzası baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, Qax şəhər sakini, 1999-cu il təvəllüdlü Xəzər Füzuli oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən yola at çıxıb. Nəticədə X.Əliyev idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Əliyev Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 410