Ötən il Azərbaycana narkotik maddə keçirmək istəyən 39 qadın saxlanılıb


09:13     30 Yanvar 2019 19_01_30_1548825263.jpg

“Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub”.

Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində deyib.

O bildirib ki, 264 fakt üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Sədrin sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər saxlanılıb ki, onların da arasında 39 qadın olub. Onlardan 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər isə əcnəbidir (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı).

Açar sözlər:

Oxunub: 269