Bakıda 290 metr rabitə kabeli oğurlandı


09:22     30 Yanvar 2019 2019/01/kabel_1548825877.jpg

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 484