242 min 55 manatlıq mal müsadirə edilib - Gömrükdə


09:45     30 Yanvar 2019 gomruk4.jpg

2018-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs (o cümlədən 138 xarici hüquqi şəxs) və 8608 fiziki şəxs (o cümlədən 4036 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, dəyəri 242 min 55 manat olan mallar müsadirə edilib.


Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

Komitə sədri bildirib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1189549 ABŞ dolları, 310207 avro, 15162 funt sterlinq, 34.865.955 rus rublu, 209998 Azərbaycan manatı, 9977 manat dəyərində 8792 qram gümüş, 1246730 manat dəyərində 2945,223 karat qiymətli daşlar, 8400 manat dəyərində 120,07 qram qızıl, 64 ədəd qızıl sikkə,
341983 manat dəyərində 1802 ədəd qızıl zinət əşyaları aşkar olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 321