Dünyanın ən təhlükəsiz ölkələri - Siyahıda Azərbaycan da var


10:49     30 Yanvar 2019 bakibaku2_361.jpg

"Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib.



Femida.az xəbər verir ki, reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib. Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib.

ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib.

Azərbaycan da ən təhlükəsiz ölkələrin siyahısına daxil edilib. Ölkəmiz 10.56 indeks göstəricisi ilə 71-ci pillədə qərarlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 782