İctimai işlərə cəlb olunanların əməkhaqları açıqlandı


12:36     30 Yanvar 2019 1439202905_manat2.jpg

İctimai işlərin təşkili məqsədilə 30 min şəxsin əməkhaqqının ödənilməsi üçün ayrılan vəsait 80 milyon manatdır.



Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST agentliyinin DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov "İşsizin DOSTu” proqramının icrasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu gün artıq 16 min nəfərlə müqavilə imzalanıb: "İctimai işlərə cəlb olunan işçilərin əməkhaqqı fondu hər biri üçün 203 manatdır. Bu əməkhaqqı fonduna sosial sığorta haqları, işsizlikdən sığortalanma, pensiya fonduna ödəmələr və eyni zamanda, yarım gün işləmək daxildir. Hal-hazırda müqavilə imzalanan şəxslərdən üç minə yaxını Bakı şəhərini əhatə edir. Gələcəkdə proqramın tam əhatə olunacağı təqdirdə 5-6 min işçinin Bakı şəhərini, qalanının isə regionları əhatə edəcəyini düşünürük”.

Femida.az

Açar sözlər:

Oxunub: 514