"Bu qurumu pul yemə vasitəsinə çeviriblər" - Millət vəkili


12:40     30 Yanvar 2019 19_01_30_1548837625.jpg


“Bu gün dünya ailəsindən kənarda qala bilmərik. Bəzən haqsızlıqlar olsa da, bunu etmək məcburiyyətindəyik. Amma bütövlükdə ATƏT-dən faydalanmağın yolunu tapmalıyıq”.


Bu sözləri millət vəkili Fazil Mustafa Femida.az saytına açıqlamasında deyib. O, Azərbaycanın ATƏT-ə üzv olmasının 27-ci ili ilə bağlı fikirlərini bildirərkən, bu qurumda ayrı-ayrı ölkələrin maraqları olduğunu bildirib:

“Bu maraqlara görə də fəaliyyət göstərir. Həmin maraqlar isə bizim imkanlarımızı məhdudlaşdırır. Böyük dövlətlərlə rəqabət aparma gücünə sahib deyilik. Amma yenə də kəskin mövqelərdə ATƏT-ə qarşı sözümüzü deyirik. Çalışmalıyıq ki, bu qurumlarda Azərbaycanın mövqeyini gündəmə gətirib müdafiə edə bilək. Heç BMT öz vəzifələrini yerinə yetirə bilmir. ATƏT də böyük dövlətlərin əlində girova çevrilib. Onlar bu qurumu fəaliyyətsiz ediblər, pul yemə vasitəsinə çeviriblər. Ölkələr bu təşkilata üzvlük haqqı ödəyir, bu pulla da ezamiyyətlərə gedib başlarını qatırlar. Amma qəbul etdiyi heç bir qərarın icra mexanizmini tapa bilmirlər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Fazil_Mustafa   #millət_vəkili   #deputat   #ATƏT   #siyasət   #parlament   #milli_məclis   #Minsk_qrupu  

Oxunub: 5464