Xaçmazda bıçaqlanma olub


15:23     30 Yanvar 2019 BİCAQLANMA.jpg

Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.



DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 612