Evə maskalı basqın edən şəxslərə hökm oxunub


16:22     30 Yanvar 2019 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az -ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Ağaxanov 9 və B.Nurullayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər 2015-ci ildən 2018-ci ilədək Qusar rayon ərazisində bir neçə quldurluq hadisəsi törədiblər.

Belə ki, N.Ağaxanov və tanışı, əvvəllər məhkum olunmuş B.Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək, B.Quliyevi əlindən yaralayıblar. Həmin şəxslər evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.

N.Ağaxanov və B.Nurullayev digər cinayət hadisələri də törədiblər.

Onlar Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 357