Səudiyyə Ərəbistanında leysandan iki gündə 12 nəfər ölüb


17:31     30 Yanvar 2019 19_01_30_1548854401.jpg

Səudiyyə Ərəbistanında leysan yağışlarının qurbanlarının sayı son iki gündə 12 nəfər çatıb.

Femida.az xəbər verir ki, bu barədə krallığın mülki müdafiə xidməti məlumat yayıb. Ölüm hallarından yeddisi Mədinədə, üçü Ciddədə, ikisi isə Hait əyalətində qeydə alınıb.

Qeyd edək ki, ötən həftə sonundan bəri krallığın şimal və qərbindəki bir çox şəhərlərdə güclü yağışlar başlayıb. Yağış sularını təmizləmək üçün lazımi drenaj infrastrukturunun olmaması yollarda subasmalara səbəb olub. Hökumətin bu situasiyada hərəkətsizliyi səudiyyəlilərin qəzəbinə tuş gəlib.

Açar sözlər:

Oxunub: 346