18 yaşlı azərbaycanlı qızı qaçıran şəxs tutuldu


19:08     30 Yanvar 2019 hebs5.jpg

Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində yaşayan 18 yaşlı Emiliya Qənbərova iki gün öncə qaçırılıb.

Femida.az report-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi qızı qaçıran şəxsi artıq saxlayıb.

Həmin şəxs E.Qənbərovanın qohumu olan 28 yaşlı Samir Əhmədovdur. Gənc qızı evlənmək məqsədilə qaçırdığını bildirib.

S.Əhmədov qızı evdə tək olduğu zaman qaçırıb. E.Qənbərova 12-ci sinifdə təhsil alır.

Qızı qaçıran şəxsə qarşı qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb. Bu maddə 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 269