"Bu məsələnin əlavə şərh edilməsinə ehtiyac görmürəm" - Leyla Abdullayeva


18:18     30 Yanvar 2019 2018/11/leyla-abdullayeva_1541492961.jpg

"Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi bəyanat ölkə başçısı tərəfindən münaqişənin həlli ilə bağlı hər zaman birmənalı şəkildə bəyan edilən dövlətimizin prinsipial mövqeyidir".

Bunu Femida.az-a Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın sözlərini şərh edərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələnin əlavə şərh edilməsinə ehtiyac görmürəm".

Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan mətbuat konfransında Azərbaycan Respubliksının Prezidentinin şəhid ailələri ilə keçirdiyi görüşü zamanı səsləndirdiyi "Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və Azərbaycan döyüş meydanında öz gücünü göstərib" bəyanatı ilə bağlı sualı cavablandıraraq bunun təəssüf doğurduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 321