Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyada
19:47 30 Yanvar 2019
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.
Dövlət Agentliyindən Femida.az -a verilən məlumata görə, səfərin məqsədi 28-29 yanvar 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində “Rəqəmsal erada əlaqəlilik, qabaqcıl idarəetmə, yeni texnologiyalar və enerji sahəsində əməkdaşlıq vasitəsilə ATƏT məkanında iqtisadi tərəqqinin və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən ATƏT-in 27-ci İqtisadi və Ətraf mühit Forumunun birinci hazırlıq görüşündə iştirak etmək olub.
Tədbirdə açılış nitqlərini hazırda təşkilata sədrlik edən Slovakiya Respublikasının ATƏT yanında Daimi nümayəndəsi, ATƏT-in Daimi Şurasının sədri Səfir Bohaş və ATƏT-in Baş katibi Qreminqer ediblər.
Görüşün sessiyaları iqtisadiyyatların və cəmiyyətlərin inkişafında qabaqcıl idarəetmə, iqtisadi sahədə rəqəmsal texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat vasitəsilə dayanıqlı iqtisadi artımın əldə olunması, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyalaların istifadəsi kimi mövzulara həsr olunub.
Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli “Rəqəmsallaşma vasitəsi ilə korrupsiya ilə mübarizə” mövzusuna həsr olunmuş sessiyada çıxış edərək ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar, bu islahatların tərkib hisssəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, elektronlaşma, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqindən bəhs edib. Həmçinin Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin dövlət xidmətləri mükafatına layiq görülməsi, Azərbaycan brendinin Əfqanıstanda, Monteneqroda tətbiqini qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.
Femida.az
Oxunub: 313
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib