Nardaranda odlu silah-sursat gizlədən şəxs tutuldu
20:02 30 Yanvar 2019
Bakının Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Femida.az-a verilən məlumata görə, Bölməyə Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb və onunla aparılan profilaktik söhbətlər zamanı o, qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Qeyd edilən əraziyə baxış zamanı İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, 1 ədəd F1 qumbarası alışqanı ilə birlikdə, 2 ədəd bıçaq, 1 ədəd 12 kalibrli ov tüfənginə məxsus güllə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Nardaranda şəhidin dəfnində insident yaşanıb
- Nardaranda qəbristanlıqda silah-sursat tapılıb
- Nardaranda əl qumbarası, patronlar aşkarlandı
- Nardaranda əl qumbarası tapılıb
- Nardaranda əməliyyat - Silah aşkarlandı
- Nardaranda xeyli sayda silah-sursat tapılıb
- Nardaranda 4 nəfərin batması ilə bağlı cinayət işi açılıb
- Nardaranda dənizdə 4 uşaq batıb
- Nardaranda silah aşkarlanıb
- Nardaranda əl qumbarası tapılıb