“Dağlıq Qarabağ problemi həll olunsa...” - Almaniyalı jurnalist


16:59     22 Oktyabr 2015 377167.jpg

Dağlıq Qarabağ münaqişəsi regionu destablizə edən bir amildir. Əgər münaqişə həll olunsa, region daha təhlükəsiz və sabit olar. Femida.az xəbər verir ki, bunu dailykarabakh saytına açıqlamasında Bakıda səfərdə olarkən almaniyalı jurnalist Birgit Vetzelt deyib.


Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var, çoxlu sayda danışıqlar həyata keçirilib, lakin heç nə dəyişməyib: "Vəziyyəti dəyişmək üçün heç bir iş görülməyib. BMT qətnamələrinə gəlincə isə, bunların yerinə yetirilməsi istiqamətində real addımlar atılmayıb. Azərbaycanda çoxlu sayda qaçqın və məcburi köçkün var. Hesab edirəm ki, bu mövzunu yenidən gündəmə gətirməklə yaranmış vəziyyətə daha böyük diqqət cəlb etmək olar".

Ermənistanda olduğunu deyən Birgit Vetzler bildirib ki, iki ölkə arasında çox böyük fərq var: "Mən bu barədə bir sıra məqalələr yazmışam. Dağlıq Qarabağ problemi həll olunsa, Ermənistan regional layihələrdə iştirak edər. Bu, Ermənistan iqtisadiyyatına çox yaxşı təsir edər".

Almaniyalı jurnalist hesab edir ki, regionda siyasi vəziyyət göründüyündən də mürəkkəbdir: "Böyük güclərin regionda öz maraqları var. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində iki ölkədən daha çox tərəflərin iştirakı lazımdır. BMT və Avropa Birliyinin iştirakı və geniş danışıqların aparılması lazımdır".

Femida.az

Açar sözlər:

Oxunub: 640