Ehtiyat zabitlərin hazırlanması qaydaları dəyişib


09:19     31 Yanvar 2019 19_01_31_1548912054.jpg


Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığa dəyişiklik edilib.

Femida.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli qərarının 1-ci hissəsi (Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir) ləğv edilib.

Femida.az

Açar sözlər: #zabit   #ordu   #hərbi  

Oxunub: 564