Sabah Milli Məclis toplanacaq - Gündəmdə 38 məsələyə var


09:43     31 Yanvar 2019 milli-meclis211.jpg


Sabah Milli Məclisin yaz sessiyası başlayır.

Femida.az xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

İclasda İnzibati Xətalar, Seçki, Əmək, Cəzaların İcrası, Ailə Məcəllələrinə və bir sıra qanunlara dəyişiklik ediləcək. Həmçinin, Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunacaq. Həmçinin, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxılacaq.

Qeyd edək ki, yaz sessiyası mayın 31-dək davam edəcək.

Femida.az

Açar sözlər: #Milli_Məclis   #deputat   #parlament  

Oxunub: 277