Şəhərin mərkəzində avtobus tüstülədi - FOTO


10:32     31 Yanvar 2019 2019/01/51477509_2261258104162344_841831332525899776_n_1548916583.jpg

Bakının mərkəzi yollarından olan Rəşid Behbudov küçəsində sərnişin avtobusu tüstüləyib.

Femida.az xəbər verir ki, 88 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən 99JK359 DQN-lı avtobus R.Behbudov küçəsində olarkən mühərrikxanada texniki nasazlıq yaranıb.

Tüstülənmə də bu səbəbdən olub. Yəni hər hansı bir alovlanma və ya yanğın hadisəsi deyil. Xətt üzrə sərnişindaşıma ilə məşğul olan dəşıyıcı tərəfindən əraziyə texniki personal gedib və nasazlıq aradan qaldırılıb.

Açar sözlər:

Oxunub: 503