Çaqqal qoyun sürüsünə hücum etdi


10:45     31 Yanvar 2019 caqqal0.jpg

Hacıqabulda çaqqal qoyun sürüsünə hücum edib.



Femida.az xəbər verir ki, hadisə rayonun Ağacanlı kəndində baş verib. Kənd sakini 1950-ci il təvəllüdlü Mətləb Mirzəyev sahədə qoyun otararkən çaqqal sürüyə hücum edib. Qoyunları vəhşi heyvanın hücumundan qoruyarkən 68 yaşlı kənd sakini özü də onun hücumuna məruz qalıb. O, çaqqalı öldürsə də, yırtıcı heyvan onun barmağını qoparıb və ayağını yaralayıb.

Həkimlər kənd sakininə yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1708


Oxşar xəbərlər