Səyyar “ASAN xidmət” davam edir
11:54 31 Yanvar 2019
“ASAN xidmət” fevralın 1–dən 15-dək Hövsan qəsəbəsində, fevralın 1–dən martın 2-dək Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biləcəklər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Femida.az
Oxunub: 377
Oxşar xəbərlər
- Səyyar ASAN xidmət davam edir
- Səyyar "ASAN xidmət"ə 2 milyonuncu müraciət qeydə alınıb
- Səyyar gübrə satışından 2295 fermer yararlanıb
- Səyyar ASAN Kommunal davam edir
- Səyyar "ASAN xidmət" davam edir
- Səyyar ASAN xidmət davam edir
- Səyyar “ASAN xidmət” davam edir
- Səyyar “ASAN Kommunal” Xırdalan və Maştağada
- Səyyar ASAN Kommunal Qobuda
- Səyyar ASAN xidmət davam edir