Masaj salonunda fahişəlik xidməti göstərənlər saxlanıldı -VİDEO


12:28     31 Yanvar 2019 2019/01/fuhustan-1-8-milyon-lira-gelir-elde-eden-11694430_1165_m_1548923429.jpg

Türkiyənin Adana vilayətində masaj salonlarında fahişəlik xidməti göstərən şəxslərə qarşı əməliyyat keçirilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,əməliyyat zamanı 20-si qadın olmaqla 38 nəfər saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, masaj salonunda fahişəlik xidməti təşkil edən şəxslər burada ayda 2 milyona yaxın gəlir əldə edirmiş.

Masaj salonlarında fahişəlik xidməti təşkil edən şəxslər günlük mühafizəçi tutublar. Onlar gözətçilər vasitəsi ilə polisin salona yaxınlaşdığını əvvəlcədən məlumat əldə ediblər. Əməliyyat zamanı həmin gözətçilər şahid qismində saxlanılıb və məhkəmədə ifadə veriblər. Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.


Açar sözlər:

Oxunub: 1192