Federasiya prezidenti Ermənistandan qaçdı


17:55     22 Oktyabr 2015 1347365343_ruben-ayrapetyan.jpg

Ermənistanın Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyanın ölkədən qaçması ilə bağlı xəbər yayılıb.


Bu barədə Femida.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, İstintaq Komitəsi Ayrapetyanın dindirilməsi faktını təsdiqləyib: “Bizim mənbələrimiz vurğulayır ki, Ayrapetyan müalicə məqsədilə noyabrın ikinci yarasında ölkəni tərki etmək niyyətində olub. Lakin son anda məlum olub ki, o, atası və həyat yoldaşı ilə birgə ölkəni tərk edib”, - deyə nəşr yazıb.

Qeyd edək ki, sentyabrın 21-də Abovyan küçəsində amansızcasına döyülən Smbat Akopyan bu işin arxasında Ruben Ayrapetyanın durduğunu bildirmişdi.

Açar sözlər:

Oxunub: 892