AQTA 105 min manat cərimə yazıb


14:38     31 Yanvar 2019 2019/01/15369334791764323051_1000x669_1548931286.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci ildə sahibkarliq sahəsində apardığı yoxlamalar nəticəsində 87 inzibati cərimə yazılıb.


Femida.az
Ötən il agentlik tərəfindən yazılan cərimələrin ümumi miqdarı 105150 manat olub. Bundan başqa 20 məhsulun istehsalı , 14 məhsulun satışı dayandırılıb. 31 ton kişmiş, 64 ton günəbaxan tumu, 3 ton süd məhsulu, 3620 litr spirtsiz içki zərərsizləşdirilib.

Qurumun sədri Qoşqar Təhməzli bildirib ki, qaynar xəttə zəhərlənmə ilə bağlı 168 müraciət olub. Onlardan 77-nin həqiqətən zəhərlənmə faktı olduğu aşkar edilib. Həmin şəxslərdən 1 nəfəri zəhərlənmədən dünyasını dəyişib.

Sədr bəzi şadlıq saraylarında spirtli içkilər bahalı markanın şüşələrinə doldurularaq bahalı məhsul adı ilə təqdim edildiyini, əslində isə həmin məhsullarin zərərli olduğunu bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qida   #AQTA   #zəhərlənmə   #Qoşqar_Təhhməzli   #AQTİ  

Oxunub: 590