"Təndir milli mədəniyyətimizdir, orada bişən çörək təhlükəli deyil" - Qoşqar Təhməzli


15:10     31 Yanvar 2019 19_01_31_1548932834.jpg


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Tədbir zamanı qurumun sədri Femida.az-ın sualını cavablandırıb.


Sual: “Küçələrdə yol kənarında fəaliyyət göstərən dönərxanalarda, təndirlərdə müxtəlif ət və un məhsulları bişirilib satılır. Burada işlər birbaşa insan əlinin təması vasitəsi ilə görülür. Bu, istehlakçılar üçün nə dərəcədə təhlükəlidir?”

Cavab: “Mən sizin sadaladığınız faktlardan daha pis faktlar sadalaya bilərəm. Bu gün Azərbaycanda 50 minə yaxın qida müəssisəsi var. Çox təəssüf ki, bu müəssisələrin böyük əksəriyyətində beynəlxalq standart və normalara əməl olunmur. Biz bu müəssisələri dövlət proqramına uyğun olaraq standarlara uyğunlaşdıracağıq. Qida Təhlükəsizliyi Agentliyi nəzarət funskiyası olan bir qurumdur. Amma bu o demək deyil ki, biz sahibkarlıq obyektlərini sıxışdırmalıyıq. Belə olan təqdirdə, həmin obyektlər sürətlə bağlanar. Unutmayaq ki, sahibkarlığın inkişafı iqtisadiyyatımıza töhvə verən amildir. Orada çalışanlar da bizim bacı-qardaşlarımızdır. Biz onlara qarşı sərt tədbirlər görməkdənsə, maarifləndirici məlumatlar verməyi üstün tuturuq.
AQTA yalnız iki halda sərt cəza tədbirləri həyata keçirir. Birincisi, bu sahədə dələduzluq edən, ikincisi bu sahədə cinayət fəaliyyəti olan şəxslərdir. Çünki onlar Azərbaycan əhalisinin sağlamlığını təhlükə altında qoyurlar.

Təndirlərdə satılan məhsullara gəlincə, təndir Azərbaycan mədəniyyətinin bir hissəsidir. Bizim nənələrimiz də təndirdən istifadə edərək çörək bişiriblər. Odur ki, təndirdə bişirilən çörək insan sağlamlığı üçün təhlükəlidir demək düzgün olmazdı. Biz həm mədəniyyətimizi qorumalı, həm sağlamlışdırıcı tədbirlər həyata keçirəcəyik. Orada çalışan şəxslər mütləq tibbi müayinədən keçirilməlidir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qida   #AQTA   #Qoşqar_Təhhməzli   #AQTİ   #təndir   #dönər  

Oxunub: 738