TƏCİLİ: Bürolara vəkil tələb olunur


15:56     31 Yanvar 2019 19_01_31_1548935898.jpg

Hörmətli vəkillər!

Hamınıza məlum olduğu kimi, Kollegiya ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə oldunmuş razılığa əsasən Azərbaycanın rayon və şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində vəkil büroları açılsın.

Qeyd olunmalıdır ki, yaxın günlərdə Bakı şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərində (2, 3, 4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri) vəkil bürolarının açılması nəzərdə tutulmuşdur.

Bakı “ASAN xidmət” mərkəzlərində təsis olunacaq Vəkil Bürolarının hər birində 2 vəkilin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Büronun fəaliyyət istiqmətinə uyğun olaraq vəkillər yalnız aztəminatlı şəxslərə 20 dəqiqəyədək ödənişsiz şifahi hüquqi məsləhətlər verəcək, digər hallarda isə məbləği sərbəst müəyyən edilməklə müqavilələr əsasında məhkəmələr və digər təmsilçilik fəaliyyəti ilə məşğul ola biləcəklər.

Qeyd olunan ASAN xidmət mərkəzlərində büro təsisçisi olmaq arzusunda olan vəkillər ən geci 20/02/2019-ci il tarixədək öz istəklərini Rəyasət Heyətinin Aparatının əməkdaşı Orxan Babayevə +994704360020 telefonu vasitəsilə bildirə bilərlər.

Qeyd: Seçimdə vəkilliyə yeni qəbul olunmuş üzvlərə üstünlük veriləcəkdir.

Açar sözlər:

Oxunub: 547


Oxşar xəbərlər