Bakı metrosuna yeni vaqonlar tədarük olunacaq - Rusiyadan


16:43     31 Yanvar 2019 qatar13.jpg

Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb.

Femida.az-ın məlumatına görə, müqaviləyə əsasən 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək.

Müqaviləni “Metrovaqonmaş”ın baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.

İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır.

Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir. Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 431