Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib


16:46     31 Yanvar 2019 hesablama%20palatas;.jpg

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.


Femida.az quruma istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmaların və xərclərin icrasına dair;

- Dövlət borcunun formalaşması və ona xidmət edilməsinə dair;

- “Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul edilib. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 353