"Kriminal aləm"in üzvləri məhkəmə zalında həbs olunub


16:53     31 Yanvar 2019 hebs5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nicat Rzazadə, Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Hər 3 şəxs məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, 2000-ci il təvəlüdlü N.Rzazadə, 2001-ci ildə anadan olmuş S.Rüstəmov və K.Alıyev özlərini "kriminal aləm"in üzvləri kimi təqdim edərək, əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Ç.Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.
Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar.

Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.

Açar sözlər:

Oxunub: 518