Tbilisidə faciə: 7 nəfər öldü


22:35     31 Yanvar 2019 2019/01/gurcustan-tecili_1548939577.jpg

Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.



Femida.az xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.

Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.

Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.

Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub.

Onların arasında ata və oğul, həmçinin iki qardaş da var.

Ölən şəxslərin kimliyi barədə hələ məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi dəm qazından kütləvi zəhərələnmə faktı üzrə cinayət işi başlayıb, istintaq aparılır.

Tbilisi şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 354