“Azərsu” çuxura düşən maşınla bağlı açıqlama yaydı
10:54 01 Fevral 2019
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.
Qurumdan Femida.az-a bildirilib ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub.
"Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb.
Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- “Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir
- “Azərsu” ASC-nin əməkdaşı iş yerində intihar edib
- “Azərsu” abonentlərə müraciət edib
- “Azərsu” 1,5 milyon manatlıq nasos alır
- “Azərsu” 4 mln manatlıq tenderlərə yekun vurub
- “Azərsu”ya borcu olanlara ŞAD XƏBƏR
- “Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb
- “Azərsu” rəhbərliyi qəbul keçirib
- “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artıb
- “Azərsu”nun nəzdində yeni sukanal idarələri yaradılıb