Hava yolu ilə gətirilən qidalardan donuz qripi keçə bilərmi? - AÇIQLAMA
11:00 01 Fevral 2019
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxduğunu açıqladı. Ardınca isə Səhiyyə Nazirliyi bu məlumatın yanlış olduğunu, ölkədə heç kimin donuz qripinə yoluxmadığını bildirdi.
Femida.az xəbər verir ki, bu gün ÜST yeni bir məlumat yaydı: Azərbaycanda H1N1 virusu var, amma bunun adı “donuz qripi” deyil. Bu qrip ilk yayıldığı zaman adına “donuz qrip” deyildi. Lakin son 10 ildə buna “insan qripi” deyirik. Gürcüstanda H1N1 virusu çox yayılıb.
Qeyd edək ki, bu virus insandan insana yaxın məsafədən öskürək zamanı belə keçə bilir. Hava yolu ilə asanlıqla keçən virusun xaricdən gətirilən qidalarda da olma ehtimalı var. Hava yolu ilə gətirilərkən, virus və infeksiyaların məhsullara təsir etməsinə qarşı nəzarət necə aparılır? Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Femida.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu sahədə ciddi nəzarət aparılır:
“Qida məhsulları qablaşdırılarkən virus, infeksiya və digər zərərvericilərə qarşı izolə edilir və izolə edilmiş qutunun üzərinə standartlara uyğun olmasını təsdiq edən möhür vurulur. Hava nəqliyyat vasitəsi ilə gətirilən qida məhsullarının daşınma şəraitinin və qablaşdırılmasının yoxlanılması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində fəaliyyət göstərən əməkdaşları tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, qonşu Gürcüstanda artıq 20 nəfər H1N1 virusundan ölüb.
Amin Nəzərli
Femida.az
Oxunub: 886
Oxşar xəbərlər
- Elə bilirlər qripdirlər, amma əslində "Omikron"a yoluxublar - Əhaliyə ÇAĞIRIŞ
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
- Cənubi Koreyada yüksək patogenli quş qripinə yoluxma halları aşkarlanıb
- İngiltərədə qrip epidemiyası güclənib - Dünyada yeni təhlükə
- Qanada quş qripi yayılıb
- Quş qripinə görə bu ölkədən quş ətinin idxalı dayandırılıb
- Quş qripi ilə bağlı monitorinqlər davam edir
- Niderlandda "quş qripi" aşkarlandı
- AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ
- Yaponiyada quş qripi yayılıb