"Hansı devalvasiyadan danışmaq olar?" - Elman Rüstəmov


12:19     01 Fevral 2019 19_02_01_1549009407.jpg


"2018-ci ilin sonunda tədiyyə balansında 3,5 milyard dollarlıq profisit varsa və neftin qiyməti 70 dollar ətrafnıdadırsa hansı devalvasiyadan danışmaq olar".

Femida.az fed.az-a istinadən xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətuat konfransında bildirib.

Onun sözləri 2019-cu ilin makroiqtisadiyyatı vəziyyəti 2018-ci ilə oxşayır, büdcə xərcləri cüzi artıb, Neıt Fondundan transferlər isə ötənilkindən də artıq olacaq. Bu il Neft Fondundan büdcəyə keçirilməsi nəzərdə tutulan neftin hansı qiymətə olmasından asılı olmayaraq, 6,8 milyar dollar büdcəyə köçürüləcək.

Bundan başqa sədr bildirib ki, ötən il AMB-nin valyuta ehiyatları 5% artıb. Bu vəsait valyuta bazarından alınmayıb:

"Bazarda tam dayanıqlılığın şahidi olmuşuq. Manatın məzənnəsindəki sabitliyin əsas səbəbi budur. 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 mln. dollar artırıb. Bunun 15 mln. dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb. Həmin vəsaitin isə 1/3-i svop ıməliyyatlarının hesabına geri qayıtmış vəsaitlərdir”.

Femida.az

Açar sözlər: #bank   #Elman_rüstəmov   #dollar   #manat   #devalivasiya   #iqtisadiyyat  

Oxunub: 289