Məcbur olub rüşvət alanlara güzəşt ediləcək – Rusiyada

Məcbur olub rüşvət alanlara güzəşt ediləcək – Rusiyada


12:37     01 Fevral 2019 19_02_01_1549010318.jpg


Rusiyada antikorrupsiya qanunvericiliyinə maraqlı yenilik ediləcək.

Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ədliyyə Nazirliyi korrupsiya haqqında qanuna dəyişiklik hazırlayıb. Həmin dəyişikliyə əsasən, obyektiv səbəblərdən rüşvət almaqdan imtina edə bilməyən məmurlar üçün cəzalar yumşaldılacaq.

Hələlik dəyişikliklərin detalları açıqlanmasa da, ilkin məlumatlara görə, «qarşısıalınmaz qüvvə olduğu hallarda» baş verən korrupsiya halları hüquq pozuntusu sayılmayacaq. Söhbət o hallardan gedir ki, müvafiq qadağalara və məhdudiyyətlərə əməl etmək obyektiv səbəblərdən mümkün olmur.

Hazırda qüvvədə olan qanına görə, belə hallarda məmurlar məsuliyyətdən azad olmurlar. Verilən məlumata görə, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun üzərində dəyişiklikləri Daxili işlər, Əmək nazirlikləri, prokurorluq və İstintaq Komitəsi hazırlayır. / fed.az

Femida.az

Açar sözlər: #rüşvət   #korrupsiya  

Oxunub: 154