İki rayonda yanğın


14:15     16 May 2015 ikirayonda%20yangin.jpg

Bu gecə Bakıda və Goranboyda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci mərtəbəsində 1ədəd kondisioner, 5 kv.m sahədə əşyalar, 2-ci mərtəbədə otaqlarda 3 ədəd kondisioner, 1 otağın yanar konstruksiyaları 18 kv.m sahədə, ayrı-ayrı otaqlarda isə 1 ədəd stul, 1 ədəd divan və televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu Xanqərvənd kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 648