Səfir Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı danışdı


14:44     01 Fevral 2019 2019/02/726659_1549018094.jpg

"Rusiya və Azərbaycan Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı birgə səylərini artırır".


Femida.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir qeyd edib ki, tərəflər Xəzəryanı dövlətlər arasında kruiz əlaqəsi yaratmaq niyyətindədir və bu məqsədlə Həştərxan vilayətində iki gəmi tikilir:

"Gələcəkdə dəniz turizminin vacib istiqamətlərdən birinə çevrilməsi üçün bütün Xəzəryanı dövlətlərin lazımi infrastrukturla təmin olunması vacibdir. Hazırda ölkələrimiz iqtisadiyyat və ticarətin bir çox sahələrində, humanitar sahədə əməkdaşlığı genişləndirir, eləcə də regionda strateji tərəfdaşdır. Hesab edirəm ki, dövlətlər arasında dostluq əlaqələri növbəti illərdə də möhkəmlənəcək və dərinləşəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 312