Çində uyğurlar yenə sıxışdırılır - Uşaqları məcburən internata göndərirlər
14:49 01 Fevral 2019
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində valideynləri “siyasi yenidən tərbiyələndirmə düşərgələri” və “texniki hazırlıq” adlandırılan ideoloji düşərgələrdə saxlanılan etnik uyğur və qazaxların uşaqlarını internat-məktəblərə göndərirlər.
Bu barədə İtaliyada çıxan “Bitter Winter” jurnalı material yayıb.
Məqalə Çində dini və insan hüquqlarına həsr edilib. Uşaqlar “Ayşin” (“Sevən ürək”) adlı bağçaya və məktəbə göndərilir, orada psixoloji cəhətdən təzyiqlərlə üzləşirlər. Orada təhsil yalnız çincə aparılır. Uşaqlar orada güclü mühafizə altında saxlanılır. Onların ətraf aləmə çıxışı məhdudlaşdırılıb. “Ayşin” uşaq bağçası və məktəbi hündür tikanlı məftillə hasara alınıb. Valideynlər uşaqlarla ayda bir dəfə videogörüntülü əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.
Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.(Report)
Oxunub: 460
Oxşar xəbərlər
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib
- Çində güclü leysan-73 ölüm
- Çində yanğın 14 nəfərin ölümünə səbəb oldu
- Çində avtobusla yük maşını toqquşub, ölənlər var
- Çində metro su ilə doldu, ölənlər və yaralılar var
- Çində partlayış zamanı 11 nəfər ölüb, 144 nəfər yaralanıb
- Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb
- Çində kömür mədənində partlayış olub, ölən var