Köhnə qəpiklərə SON!


19:03     22 Oktyabr 2015 Lot-10pcs-Lion-Macau-Coin-Old-Edition-Personal-Collection-Coins-Used-Old-Coin.jpg_640x640.jpg

London metrosunda xarici qəpikləri tanıyaraq onları funt-sterlinq, dollar və ya avro pul vahidlərinə dəyişən köşk quraşdırılacaq.


İlk aparatın oktyabrın 26-da "King`s Cross Tube” metro stansiyasında, daha beşinin isə ilin sonunadək digər stansiyalarda quraşdırılması planlaşdırılır.

Texnologiya saniyədə onadək müxtəlif qəpiyi tanıya bilir.

Bankomatların quraşdırılması ideyası "Virgin Media” şirkətinə məxsusdur. Şirkət nümayəndəsi Ceff Paterson bildirib ki, onun evində xarici səfərlərdən qalan bir qutu lazımsız qəpiklər toplanıb və daima onları hara sərf etmək barədə düşünüb.

Qeyd edək ki, qurğu 150-dən çox ölkənin qəpik və banknotlarını, o cümlədən dövriyyədən çıxarılan pulları qəbul edir və onları əlverişli məzənnə ilə dəyişir.

Açar sözlər:

Oxunub: 2138