Daha bir qoca ailəsi tərəfindən küçəyə atıldı - Fotolar


15:30     01 Fevral 2019 2019/02/50940802_1097296337117230_5863001143566663680_n_3098040154.jpg


Ötən gün axşam saatlarında yaralı halda olan qoca kişi çarəsiz şəkildə Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən supermarketlərdən birinə sığınıb.

Femida.az xəbər verir ki, qoca ac olduğunu və bir tikə yemək istədiyini bildirib.

Kimsəsiz şəxs adının Rəsulov İlqar Əhməd oğlu olduğunu bildirib. Psixoloji durumu yerində olmayan qocanın iddiasına görə, İsmayıllı rayonundandır və ailəsi qocaya baxmır. Bir müddət öncə ayağını yandıran qoca Bakı şəhərinə gətirilib. Ailəsi 10 gündən çoxdur ki, onu Bakıda Maştağa qəsəbəsində xəstəxanaya yerləşdirib, özləri isə geri qayıdıblar. Xəstəxanada müalicə alan qoca bir müddət sonra özbaşına xəstəxananı tərk edib.



Yaxınlıqda işləyən sakinlərin sözlərinə görə, qoca bir neçə gündür həmin ərazidə görünməyə başlayıb. Ayağı irinləyib, pis vəziyyətdədir, normal yeriyə bilmir. Yara müalicə olunmazsa, infeksiya düşmə ehtimalı böyükdür.

Marketdəki vətəndaşlar deyib ki, qocaya yardım edilməsi üçün polisə zəng ediblər.

Qeyd edək ki, qoca həm də Əfqanıstan veteranı olduğunu bildirib.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #qoca   #sosial   #kimsəsiz   #sığınacaq   #ƏƏSMN   #Bakı   #femida  

Oxunub: 1387