Şəkidə qanunsuz silah-sursat aşkarlanıb


15:21     01 Fevral 2019 silah.PNG

Şəkidə qanunsuz silah-sursat aşkarlanıb.



DİN-dən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 261