Qəbirlər dağıdıldı,meyitlər qəbirdən çıxarıldı - BAKIDA DƏHŞƏTLİ VİDEO


16:05     01 Fevral 2019 19_02_01_1549022957.jpg

Bakı qəbiristanlıqlarından birində insanlığa sığmayan əməl törədilib.


Femida.az Orman.Az -a istinadən xəbər verir ki, Zabrat qəbiristanlığı olduğu qeyd edilən məzarlıqda naməlum şəxs, yaxud şəxslər tərəfindən 10-larla qəbirüstü abidə dağıdılıb, baş daşları sındırılıb. Hətta bir neçə qəbirin boşaldıldığı da görünür. Videonu çəkən şəxs qeyd edir ki, təxminən qəbirstanlığın yarısı dağdılmış vəziyyətdədir.
Məlumata görə bundan əvvəl də yaxınlıqdakı bir qəbirstanlıqda məzarlar dağıdılıb. Həmin hadisəni ruhi xəstə olduğu deyilən bir şəxs törədib.
Görüntüləri təqdim edirik:


Açar sözlər:

Oxunub: 1220