Oğurluqda şübhəli bilinən Ucar rayon sakini saxlanıldı


16:37     01 Fevral 2019 hebs4.jpg

Şamaxı rayon sakini olan bir qadın ötən il iyunun 20-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 1000 manat pulun və 200 manat dəyərində mobil telefonunun oğurlandığını bildirib.


DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az -a verilən məlumata görə, Şamaxı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ucar rayon sakini 55 yaşlı İlyas Səlimov saxlanılıb.

Dindirilmə zamanı İ.Səlimov törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 398