Aldığınız bu məhsulları qaytara bilməzsiniz! - Hüquqi yardım

Aldığınız bu məhsulları qaytara bilməzsiniz! - Hüquqi yardım


16:58     01 Fevral 2019 2019/02/leadership-management-why-we-think-women-and-are-pressing-for-progress-rholmes_13765_t12_1549026344.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bildiyimiz kimi Qanunvericilikdə istehlakçının aldığı hər hansı bir istifadə vasitəsindən narazı olduğu halda həmin məhsulu qaytarmaq hüququ vardır. İstehlakçının bu hüququnu yerinə yetirməkdə qarşı tərəf borcludur. Bununla yanaşı elə məhsullar var ki, onları aldıqda qaytarmaq və dəyişdirmək mümkün olmur.



Hansı məhsullar dəyişdirilmir,yaxud qaytarılmır?

Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməyən,qaytarılmayan malların siyahısına əsasən:

Qızıl və qızıl məmulatları,
Qiymətli və yarımqiymətli metallardan,daşlardan hazırlanmış məmulatlar,
İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr),
Parfümer-kosmetika malları,
Kişi, qadın və uşaq çimərlik paltarları,
Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları,
Məişət-kimyası malları,
Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.),
Uşaq oyuncaqları,
İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları,alt paltarları,
Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar,
Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqiyardım   #Femida  

Oxunub: 1185