BMT Səudiyyə şahzadəsini Kaşıkçının qətlində şübhəli bilir


19:08     01 Fevral 2019 19_02_01_1549026561.jpg

BMT-nin Türkiyədə olan nümayəndə heyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Kaşıkçının qətli ilə bağlı işdə əsas şübhəli hesab edir.



Bu barədə Türkiyə prezidentinin müşaviri Yasın Aktay BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardla keçirdiyi görüşün yekunları ilə bağlı verdiyi açıqlamada bildirib.


Kallamard həftənin əvvəlindən etibarən müxalifətyönümlü səudiyyəli jurnalistin qətli ilə bağlı iş üzrə dəlilləri araşdırır.

“BMT nümayəndə heyəti əsas şübhəli kimi vəliəhd şahzadəni görür”, - deyə Aktay bildirib.

Bir müddət əvvəl BMT nümayəndə heyətinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna buraxılmadığı haqqında xəbər yayılmışd

Açar sözlər:

Oxunub: 495