Marketdə satıcını döyən gənc məhkəmə zalında həbs edilib


18:46     01 Fevral 2019 hebs5.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qəhrəman Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Q.Aslanov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, hadidə ötən ilin iyun ayının 12-də Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib. 2000-ci il təvəllüdlü Q.Aslanov həmin ərazidə yerləşən marketdə satıcı işləyən Anar Rəhimlinin baş nahiyəsinə rezin dəyənəklə vuraraq quldurluq edib.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 358