Saxta polis xalq artistinin kürəkəninə 30 min "atdı" - FOTO


17:42     01 Fevral 2019 19_02_01_1549028053.jpg

Bakıda dələduzluqla məşğul olan saxta polis üzə çıxıb.

Femida.az bu barədə Yenicag.az-a istinadən xəbər verir.

Zərərçəkənin sözlərinə görə, özünü polis kapitanı kimi təqdim edən Əhmədov Kənan Böyükağa oğlu insanların inamından sui-istifadə edərək, onların pulunu dələduzluq yolu ilə mənimsəyir.

İddiaya görə, zərərçəkənlər arasında Azərbaycanın xalq artisti Alim Qasımovun kürəkəni də var. Əhmədov Kənan Qasımovun kürəkənini işə düzəltmə adı ilə aldadaraq ondan 30 min manat pul alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov zərərçəkmiş vətəndaşların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edib.



Femida.az

Açar sözlər:

Oxunub: 2867