İmişlidə bir ailə evsiz qaldı


19:24     01 Fevral 2019 2019/02/395A24DB-1214-4020-813D-7140BCF0E736_1549034735.jpeg

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yalavac kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Ceyhun Eldar oğlu Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisəyə elektrik naqillərində qısaqapanma səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır

Femida.az

Açar sözlər:

Oxunub: 303