ABŞ-dan dünyanı narahat edən qərar


22:25     01 Fevral 2019 2019/02/22-24-46-pompeo_1549045601.jpg

ABŞ fevralın 2-dən 1987-ci ildə Rusiya iilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu dövlət katibi Mayk Pompeo bildirib. Onun sözlərinə görə, Amerikanın qərarına səbəb Rusiyanın müqavilənin şərtlərini pozaraq gizlicə qadağan olunmuş raket kompleksi hazırlamasıdır. Bu isə ABŞ və onun müttəfiqlərinə təhlükə yaradır.

ABŞ bununla belə Rusiya ilə danışıqlara hazır olduğunu da bildirib.

Açar sözlər:

Oxunub: 339