Turistlər Azərbaycanda nağdsız ödənişləri 25 faiz artırıb


09:29     02 Fevral 2019 1426079192_turistbaki.jpg

2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.

Analitikin sözlərinə görə, 2018-ci il ərzində Azərbaycana 196 ölkədən 2849,6 min turist gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur.



Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi BƏƏ, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrdən olub.

Femida.az

Açar sözlər:

Oxunub: 354