Binəqədidə 1 nəfər intihara cəhd edib


09:30     02 Fevral 2019 intihar3.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 295