Maşından oğurluq edən şəxs saxlanıldı

Maşından oğurluq edən şəxs saxlanıldı


12:52     02 Fevral 2019 2019/02/masin_ogrusu_1549097733.jpg

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əliyevin rayon ərazisində 4 “VAZ-2107” və 1 “VAZ-21011” markalı avtomobillərdən akkumulyatorlarını oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 170